Medianews.az
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında
118 baxış

ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı

“Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-si Davosda ABŞ-Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər 2025-ci il avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

“Liderlər həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər”, - məlumatda vurğulanıb. 

Bizə qoşulun