Medianews.az
ABŞ-ın ikinci xanımı dördüncü övladını dünyaya gətirəcək -
74 baxış

ABŞ-ın ikinci xanımı dördüncü övladını dünyaya gətirəcək - FOTOLAR

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vens dördüncü uşağını dünyaya gətirəcək.

Publika.az xəbər verir ki, ölkənin ikinci xanımı bu barədə "X" hesabında paylaşım edib.

O, “Sizinlə həyəcanverici xəbərləri bölüşməkdən çox məmnunuq. Ailəmiz böyüyür!” yazaraq oğlan uşağı dünyaya gətirəcəyini elan edib.

Əsl adı Çilukuri olan hind əsilli Uşa Vens Kaliforniyanın San Dieqo şəhərində anadan olub və orada böyüyüb. Mexanika mühəndisi olan atası Hindistanın Andhra Pradeş şəhərindən ABŞ-a köçüb.

İkinci xanım olmazdan əvvəl Uşa Vens San-Fransiskodakı "Munger, Tolles & Olson" firmasında korporativ məhkəmə vəkili kimi çalışıb. O, həmçinin mühafizəkar hakimlər - Ali Məhkəmənin sədri Con Roberts və Tramp tərəfindən sonradan Ali Məhkəməyə təyin edilən apellyasiya hakimi Brett Kavano ilə birgə çalışıb.

Hazırda 40 yaşında olan Uşa əri JD Vens ilə 2010-cu ildə Yale Hüquq Məktəbində təhsil alarkən tanış olub. 2014-cü ildə ailə həyatı quran cütlüyün hazırda Evan, Vivek və Mirabel adında 3 övladı var.

"BBC" yazır ki, JD Vens Tramp administrasiyasında ABŞ-da doğum səviyyəsinin artırılmasını ən açıq müdafiə edən şəxslərdən biridir. O, ötən il çıxışlarından birində “Mən Amerika Birləşmiş Ştatlarında daha çox körpə doğulmasını istəyirəm" deyərək bu iddianı təsdiqləmişdi.

Bizə qoşulun