Medianews.az
ABŞ-dan ərəb ölkələrinə
61 baxış

ABŞ-dan ərəb ölkələrinə çağırış

ABŞ ərəb ölkələrini İranın regional təsirinin məhdudlaşdırılmasında daha fəal mövqe tutmağa, eyni zamanda İsrailin təhlükəsizlik hüququnu və regiona inteqrasiyasını dəstəkləməyə çağırır.

Milli.Az-ın məlumatına görə, bu mövqe Pentaqonun 23 yanvarda təqdim etdiyi yeni ABŞ Milli Müdafiə Strategiyasında əksini tapıb.

Sənəddə vurğulanır ki, Vaşinqton sabit və inkişaf edən Yaxın Şərqin formalaşmasını hədəfləyir və bu prosesin əsas aparıcı qüvvəsi regiondakı müttəfiq və tərəfdaş ölkələr olmalıdır. ABŞ isə Prezident Donald Trampın sərt və praqmatik diplomatik yanaşması ilə yaradılmış bazaya söykənərək bu səylərə dəstək verməyi öz üzərinə götürür. 

Bizə qoşulun