ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela ilə gizli danışıqların yeni raundunu keçirib.
Medianews.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazıb.
Nəşr iddia edir ki, Tramp pərdəarxası danışıqların yeni raunduna icazə verib, hansında Venesuela prezidenti Nikolas Maduro bir neçə ildən sonra istefa verməyi təklif edib, lakin Ağ Ev bu təklifi rədd edib.
Eyni zamanda, ABŞ prezidentinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuelada Karakasa qarşı hərbi əməliyyata hazırlıq məqsədi daşıya biləcək gizli əməliyyatlar keçirmək planlarını təsdiqlədiyi bildirilir.
Bundan əvvəl Maduro Trampa yaxınlaşaraq iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün telefon danışığını təklif edib. Siyasətçi vurğulayıb ki, ABŞ və Venesuela arasındakı münaqişənin həllinin yeganə yolu dialoqdur.
Medianews.az