Türkiyənin Sinop vilayətində faciəvi hadisə baş verib.
Medianews.az xəbər verir ki, zibil yığımı sonrası manevr edən bələdiyyəyə məxsus yük maşını 66 yaşlı Fikriye Özdemiri vurub.
Yük maşınının qadının üzərindən keçdiyi anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Hadisəni görən sakinlər dərhal təcili yardım və polisə məlumat veriblər. Təcili yardım əməkdaşları qadına xilas etməyə çalışsalar da onun artıq dünyasını dəyişdiyi təsdiqlənib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Sürücü Əkrəm D.-nin ifadəsi alınaraq proses hüquqi çərçivədə davam etdirilir.
Medianews.az