Medianews.az
Rusiyanın Ukraynaya DƏHŞƏTLİ HÜCUMU -
97 baxış

Rusiyanın Ukraynaya DƏHŞƏTLİ HÜCUMU - ölənlər və çoxsaylı yaralılar var

Ukraynanın bir neçə bölgəsi gecəboyu Rusiyanın kütləvi hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, prezident Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya 470-dən çox hücum dronu48 müxtəlif tipli raket atıb.

Zelenskinin sözlərinə görə, hücumlar nəticəsində Ternopol, Xarkov, İvano-Frankivsk, Lvov və digər bölgələrdə ciddi dağıntılar yaranıb, ölən və yaralananlar var.

Zelenskinin məlumatına görə, Ternopolda doqquzmərtəbəli yaşayış binalarına zərbələr endirilib, genişmiqyaslı yanğınlar baş verib.

“Təəssüf ki, binalara ciddi ziyan dəyib və insanlar dağıntılar altında qala bilər. Hazırda onlarla itki və doqquz ölüm faktı məlumdur,” – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, dünən axşam saatlarında Xarkova da böyük zərbə endirilib, nəticədə onlarla insan, o cümlədən uşaqlar yaralanıb. Enerji, nəqliyyat və mülki infrastruktur ciddi zədələnib.

İvano-Frankivsk bölgəsində elektrik şəbəkəsinə hücum edilib və iki uşaq da daxil olmaqla üç nəfər yaralanıb. Lvov bölgəsində isə vacib infrastruktur və enerji obyektləri vurulub. Donetskdə də bir nəfərin yaralandığı qeyd edilib.

Ukrayna Prezidenti beynəlxalq ictimaiyyəti Rusiyanın davam edən hücumlarına qarşı daha sərt və təcili reaksiya göstərməyə çağırıb.

Medianews.az

Bizə qoşulun