Avustralyalı paravelosipedçi Peyci Greko vəfat edib.
Publika.az xəbər verir ki, 28 yaşlı idmançı səhhətində qəfil yaranan problem nəticəsində vəfat edib. Bu barədə Avstraliya Paralimpiya Komitəsi və Avstraliya Velosiped Federasiyası birgə açıqlama yayıb.
Serebral iflic xəstəliyi olan və C3 kateqoriyasında yarışan Qreko dünya trek çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc, dünya şosse çempionatında isə 1 qızıl və 3 bürünc medal qazanmışdı.
O, Tokio-2020 Paralimpiya Oyunlarında da C1–3 qadınların təqib yarışında qızıl medal əldə etmişdi.