Medianews.az
250 il qabaq batmış gəmi tapıldı -
84 baxış

250 il qabaq batmış gəmi tapıldı - Çıxan qablar diqqət çəkdi

Norveç sahillərində dənizin 600 metr dərinliyində XVIII əsrə aid batmış ticarət gəmisi tapılıb.

Medianews.az xəbər verir ki, gəmi təsadüfən sualtı araşdırma aparan bir şirkət tərəfindən aşkar edilib.

Arxeoloqların araşdırması zamanı gəmidən qədim çini qablar, kristal çilçıraqların qalıqları, parça və taxıl nümunələri çıxarılıb. Çini qabların çoxunun yaxşı vəziyyətdə qaldığı bildirilir.

Mütəxəssislər gəminin təxminən 1750-ci illərdə batdığını hesab edirlər. Norveç rəsmiləri bu tapıntını sualtı arxeologiyası üçün mühüm nailiyyət adlandırıblar, çünki gəmi çox böyük dərinlikdə yerləşib.

Tapılan bütün əşyalar bərpa olunacaq və araşdırılacaq. Gəminin adı və haradan-haraya getdiyi isə hələ məlum deyil. Mütəxəssislər bu barədə məlumat əldə etmək üçün arxiv sənədlərini araşdırırlar.

Medianews.az

Bizə qoşulun