Medianews.az
24 yaşlı azərbaycanlı faciəvi şəkildə
256 baxış

24 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü

Azərbaycanlı gənc oğlan Albaniyada faciəvi şəkildə ölüb. 

Medianews.az xəbər verir ki, Albaniyanın Durres limanında gəmidə işləyən 24 yaşlı Əvəz Yafarov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Məlumata görə, hadisə buğda yükünü boşaldarkən baş verib.

İstintaq qrupu hadisə yerindədir və araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun