16.07.2025, 17:59
144 baxış
Nailə
Suriyanın Əs-Süveyda şəhərində atəşkəs əldə olunub
Suriyada druzların kompakt yaşadıqları Əs-Süveyda şəhərində atəşkəs barədə razılaşma əldə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyindəki mənbə SANA dövlət agentliyinə bildirib.
Məlumata görə, şəhərdə nəzarət-buraxılış məntəqələri qurulub.
Bildirilir ki, şəhər Suriya dövlətinə tam şəkildə inteqrasiya olunacaq.