Medianews.az
Polşa prezidenti NATO-nu <span style=color:red>hədələdi
171 baxış

Polşa prezidenti NATO-nu hədələdi

Polşa prezidenti Anjey Duda NATO-nu Ukraynaya hərbi yardımın çatdırılması üçün əsas logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib. Medianews.az xəbər verir ki, o, bunu  jurnalistlərə müsahibəsində deyib. Duda qeyd edib ki, Polşa Ukraynaya yardımın Polşa ərazisi vasitəsilə çatdırılması qərarının verildiyi “çox mühüm beynəlxalq qurumlara” dəvət olunmayıb. "Hesab edirəm ki, həm ukraynalılar, həm də müttəfiqlərimiz sadəcə olaraq Rzeşovdakı hava limanının və bizim magistrallarımızın onlara məxsus olduğunu düşünürlər. Lakin, bu, onların deyil, bizimdir", - o deyib. Polşa rəhbərinin sözlərinə görə, kiminsə xoşuna gəlməyən bir şey varsa, Varşava onu bağlayır və “əlvida” deyir. Medianews.az

Bizə qoşulun