23.06.2025, 12:10
141 baxış
Azad
Bir tikintiyə bir ölkənin büdcəsi qədər pul ayrılıb
Səudiyyə Ərəbistanı ərazisində, səhranın mərkəzi Mukaabda bütün memarlıq qanunlarına zidd olan bir tikili inşa edilir.
Medianews.az xəbər verir ki, hündürlüyü 400 metrə çatacaq bu nəhəng kub dünyada ən böyük tikili olacaq.
Gələcəyin bu fantastik şəhəri futuristik fasadın arxasında gizlənir. Daxili ekran divarları saniyələr ərzində ziyarətçinin zövqünə uyğun onu hətta virtual aləmə qovuşduracaq və yer planetinin istənilən nöqtəsinə çatdıra biləcək. Mütəxəssislər bunu belə izah ediblər: "Təsəvvür edin ki, siz Afrika savannasının sədaları altında yuxuya gedirsiniz, sabah isə Nyu-Yorkun göydələnləri arasında oyanırsınız.".
Yeni tikinti üçün 50 milyard dollar ayrılıb ki, bu da bir ölkənin büdcəsi ilə müqayisə oluna bilər. Sahədə hər gün 250 ekskavator işləyir və məlumata görə, artıq 10 milyon kubmetr qrunt çıxarılıb. Ekoloqlar həyəcan təbili çalırlar, alimlərin fikrincə, bu layihənin gerçəkləşdirilməsi kövrək səhra ekosistemində böyük mənfi iz buraxacaq. Lakin tikintiyə məsul olan şirkətlər və şəxslər, həmçinin investorlar deyirlər ki, belə narahatlığa heç bir əsas görmürlər.
Səudiyyə Ərəbistanında belə bir nəhəng tikinti layihəsini həyata keçirənlər əmin edirlər ki, Mukaab 2030-cu ilə qədər 35 min insanın evinə çevriləcək.
Daha sonra isə layihə rəhbərləri mediada səslənən "bu beton kubda kim yaşamaq istəyəcək?" sualını da cavablandırıblar. Bu nəhəng tikintinin memarları verdikləri vəddə yanılmadıqlarını deyirlər və onun yeni bir turizm Məkkəsinə çevriləcəyini söyləyirlər.
Medianews.az