29.05.2025, 23:29
78
baxış
Nailə
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında adını yarımfinala yazdırıb
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/4 finalda İngiltərə ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan finala gedən yolda Monteneqro ilə münasibətlərinə aydınlıq gətirəcək.