Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün "Telegram" kanalında bildirib.
O, "atəşkəs" zamanı cəbhədəki dünənki vəziyyətlə bağlı bunları qeyd edib:
"Dünən saat 18:00-dan bu gün saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib".
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək vurğulayıb ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər:
"Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, beş hücum qeydə alınıb".
Onun sözlərinə görə, bundan əlavə, Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb. Ukrayna da öz növbəsində qarşı tərəfə adekvat cavab verir.
“Hələlik cəbhədə tam atəşkəs yoxdur", - deyə Zelenski diqqətə çatdırıb.
20.04.2025, 10:02
136 baxış
Nailə
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
Paylaş: