16.01.2025, 12:33
132 baxış
Lamiyə
Zelenski danışıqların başlanması üçün şərti AÇIQLADI
“Rusiya ilə sülh danışıqlarına başlamazdan əvvəl Ukrayna təhlükəsizlik zəmanəti almalıdır”
Medianews.az “Lenta.ru” istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Hər hansı danışıqlara başlamazdan əvvəl nə baş verməlidir? Ukrayna təhlükəsizlik zəmanəti almalıdır. Bu, bir nömrədir və bu, hər kəsə lazımdır” dedi.
Ukrayna liderinin sözlərinə görə, Kiyev bilməlidir ki, Ukraynaya hansı zəmanətlər veriləcək, NATO harada olacaq, müttəfiqlərdən hərbi və maliyyə dəstəyi harada olacaq. O vurğulayıb ki, Ukrayna ordusunu təmin etmək üçün Şimali Atlantika Alyansı, dəniz donanması və hava hücumundan müdafiə sistemlərindən dəstək almasa, o zaman yalnız özünə güvənməli olacaq.