Medianews.az
Vəzifəsindən azad edilən Mariana Vasileva <span style=color:red>görün kimdir... - DOSYE
562 baxış

Vəzifəsindən azad edilən Mariana Vasileva görün kimdir... - DOSYE

Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. Medianews.az Mariana Vasilevanın dosyesini oxucularına təqdim edir: Mariana Toteva Vasileva 1974-cü il iyulun 6-da anadan olub. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib. 2013-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu ilə təltif edilib. 2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın “Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib. 2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.(Musavat.com)

Bizə qoşulun