17.12.2024, 08:52
90 baxış
Lamiyə
Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi
Türkiyə Milli Müdafiə Nazirliyi son açıqlamasında "Sülh bulağı" və " Pəncəli kilid" bölgələrində zərərsizləşdirilən terrorçuları açıqlayıb.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, 6 terrorçunun zərərsizləşdirildiyi məlum olub.
Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir:
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Sülh bulağı” bölgəsində müəyyən edilən 4 PKK/YPG terrorçusunu, İraqın şimalında isə “Pəncəli kilid” əməliyyatı bölgəsində şəxsiyyəti müəyyən edilən 2 PKK terrorçusunu zərərsizləşdirib”.