10.12.2024, 06:45
195 baxış
Lamiyə
Zelenski Trampdan nə tələb etdi?
Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında danışıqlar zamanı Ukrayna lideri münaqişəni dayandırmaq üçün Vaşinqtondan Kiyevi NATO-ya dəvət etməyi tələb edib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Bloomberg qəzeti yazır.
Nəşrdə bildirilib ki, Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla danışıqlarda təhlükəsizlik təminatları ilə bağlı israr edib.
Eyni zamanda Zelenski deyib ki, Ukrayna atəşkəs danışıqlarına yalnız güclü mövqedən daxil ola bilər”, - nəşr yazır.
Qeyd olunur ki, Ukrayna lideri Qərb hərbçilərinin ölkəyə dəvət edilməsi ideyasını da dəstəklədiyini bildirib.
Lamiyə
Paylaş: