Medianews.az
Böyük güclərin YAXIN ŞƏRQ PLANI: <span style=color:red>Suriya ən azı ÜÇ YERƏ BÖLÜNÜR
200 baxış

Böyük güclərin YAXIN ŞƏRQ PLANI: Suriya ən azı ÜÇ YERƏ BÖLÜNÜR

“Suriyada davam edən proseslər göstərir ki, Bəşər Əsəd rejimi artıq getməlidir. ABŞ dəstəkli güclərin də oyuna girməsi və Vaşinqtonun bilavasitə Suriya ordusuna qarşı hava dəstəyi verməsi, Rusiyanın quru və dəniz bazalarının ərazilərdən çıxarılması Əsəd rejiminin gedəcəyinə işarədir”. Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Qasımov bildirib. O qeyd edib ki, “Hizbullah” və İranın da imkanlarının yox dərəcəsində olması, Türkiyə və ABŞ dəstəkli güclərin Suriyanın yeni hakimiyyətinin qurulmasında söz sahibi olacağına işarədir. Siyasi şərhçinin qənaətincə, əsas məsələ ABŞ-nin dəstək verdiyi kürd qruplaşmaların Türkiyə ilə qarşı-qarşıya gəlmə ehtimaldır: “Ehtimal az da olsa, Türkiyənin Suriyadan alacağı ərazilər müqabilində “kürd dövləti” qurulmasına razılıq verməsidir. Ancaq Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması tərəfdarıdır. Bu halda Türkiyənin kürd qruplaşmalarla son və qəti döyüşə girməsi qaçılmaz olacaq. Bu da ABŞ ilə qarşıdurma deməkdir”. A.Qasımov vurğulayıb ki, Türkiyə indiki məqamda qeyd edilənlər fonunda ABŞ ilə qarşı-qarşıya gəlməyəcək: “Suriyada kürd qruplaşmaları uzun müddətdir ABŞ dəstəyini alır və ciddi güc kimi formalaşıblar. Təbii ki, Türkiyə ilə müqayisə edilə bilməz, amma Ankara bu reallığı qəbul edirmiş kimi görünür. Odur ki, Suriyanın ən azı üç yerə bölünməsi ehtimalı böyükdür”. Nailə QASIMOVA

Bizə qoşulun