Medianews.az
Leysan yağacaq - <span style=color:red>XƏBƏRDARLIQ
198 baxış

Leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə “Medianews.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizə qoşulun