Medianews.az
ABŞ-nin Cənubi Qafqaz siyasətində YENİLİK - <span style=color:red>İrəvan geri çəkilməyə məcbur qalacaq
125 baxış

ABŞ-nin Cənubi Qafqaz siyasətində YENİLİK - İrəvan geri çəkilməyə məcbur qalacaq

“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlaması bir çox məqamlardan xəbər verir. Belə ki, son dövrlər ABŞ Azərbaycan-Ermənistan gündəmi üzrə fəallaşıb. Vaşinqton Cənubi Qafqaz üzrə perspektiv strategiyasında açar proseslər əldə etmək istəyir. ABŞ Cənubi Qafqazdakı Zəngəzur dəhlizi layihəsinin oxunu Ağ Evin Mərkəzi Asiya siyasəti ilə vahid geosiyasi məkan kontekstində inkişaf etdirmək planını açıqlayır. ABŞ “3+3” formatında keçirilən axırıncı görüş kontekstinin məntiqi davamında nəticə əldə etmək üçün “Bakı proqramını” qabardır”. Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, Birləşmiş Ştatlar öz hədəflərinə çatmaq üçün Rusiya təsirlərini zəiflətməyi düşünsə də, nəticədə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə Vaşinqton-Moskva trafikində canlanmanın olmasının tərəfdarıdır. Siyasi şərhçinin qənaətincə, Moskvanın da bir gözü Ağ Evlə əməkdaşlıq və müzakirələrin davam etməsinə zillənib: “Kreml bunu ən çox Ukraynadan güzəşt qoparmaq üçün istifadə etməyə çalışır. ABŞ Gürcüstandakı seçki nəticələrinə uyğun şəkildə regionda strategiya izləməyi üstün tutur. Bu məsələdə Azərbaycanla maraqların tutuşdurulmasını məqsədəuyğun variant hesab edir. Baydenin Əliyevə məktubunda Bakı-İrəvan razılaşmalarının sülh sazişi şəklində imzalanmasına çağırış edilməsi böyük ehtimalla Azərbaycana müqayisəli dərəcədə əmin etmək mənasını ehtiva edir. ABŞ proseslərə həm də onun Yaxın Şərqdə, Ukraynada ipin üstündə ola biləcəyi ehtimalları fonunda yanaşaraq, geniş xarici siyasət yürüdür”. A.Kərimov deyib ki, ABŞ üçün indi Yaxın Şərqdə müharibələri, münaqişələri öz istədiyi formada həll etmək və ya dondurmaq həyati əhəmiyyət daşıyır: “ABŞ-nin Yaxın Şərqdə əvvəlki kimi tələb qoymaq və ona nail olmaq qabiliyyətləri kəskin şəkildə azalma təhlükəsi ilə üzləşib. Buna görə də, ABŞ kompensasiyaedici bir manevr qazanmaq üçün Cənubi Qafqaz teatrında Azərbaycan-Ermənistan münasibətləri üzrə “rəsmi atəşkəs” əldə etmək üçün təsvirlər yaradır. Bu, nəticədə Ağ Evin İran üzrə siyasətinin yeni elementlərlə yenilənməsi prinsiplərinin nəzərdən keçirilməsidir. COP29-a qarşı ABŞ-dəki məlum dairələr kampaniya aparsalar da, nəticə etibarı ilə Vaşinqton bu mötəbər tədbirin keçirilməsinin əleyhinə deyil. ABŞ COP29 tədbirini Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün tədbirlərin açarı kimi təqdim edir. ABŞ əslində bununla əsl niyyət və məqsədlərini fərqli bir şəkildə ifadə edir. Yəni, Azərbaycana qarşı fəallaşmış qüvvələrin səsini almaq üçün prosesə sülh, təhlükəsizliyin açarı kimi təsvir verir. ABŞ Azərbaycanla əlaqələrin gələcəyini özünün regional maraqları üçün vacib sayır, eyni zamanda Vaşinqton prezident seçkiləri ərəfəsində ABŞ-dəki erməni maraqlarının təmsilçiliyini rahatlaşdırmağı planlaşdırır. ABŞ paralel xətlərlə həm COP29, həm də erməni icmasının maraqlarını güdən oxu təmsil etməyə çalışır”. Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan ABŞ-nin istəkləri çərçivəsində Ermənistanla sülh sazişi imzalamağa tələsməyəcək: “ABŞ İlham Əliyevlə keçirdiyi görüşün nəticələrini Ermənistanla müzakirə edəcək və yüksək ehtimalla İrəvan Bakının tələbləri qarşısında Vaşinqtonun təlimatları əsasında geri çəkilməyə məcbur qalacaq. Bu, sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, sülh üçün lazım olan alternativ bir sənədin ortaya çıxmasını şərtləndirə bilər. Bu məsələ, Azərbaycanın Zəngəzur dəhlizi layihəsində strateji nəticələr əldə etmək uğrunda manevrlərini gücləndirən faktor kimi diqqət çəkmək potensialına malik olacaq”. Lamiyə

Bizə qoşulun