Medianews.az
Türkiyədə ƏMƏLİYYAT: Azərbaycanın göndərdiyi yardımları satan şəxslər TUTULDU - <span style=color:red>FOTOLAR
46 baxış

Türkiyədə ƏMƏLİYYAT: Azərbaycanın göndərdiyi yardımları satan şəxslər TUTULDU - FOTOLAR

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda baş verən hadisə gündəm olub. Medianews.az xəbər verir ki, sözügedən bölgəyə zəlzələdən zərərçəkənlər üçün göndərilən yardım materialları oğurlanıb. Zəlzələ zamanı Türkoğlu rayonunda yaradılmış Azərbaycan-Türkiyə Müvəqqəti Sığınacaq Mərkəzində zəlzələdən zərərçəkənlərə göndərilən yardımın məsul şəxslər tərəfindən satıldığı ortaya çıxıb. Yardımları satdıqları iddia edilən, biri sığınacaq mərkəzi işçisi, biri də müəllim olmaqla 8 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 4-ü məhkəmə qərarı ilə həbs olunub. Türkoğlu icra nümayəndəliyi əməliyyatla bağlı açıqlama yayıb. “Türkoğlu Prokurorluğunun tədbirləri nəticəsində başlatdığı əməliyyatlarda 2 sənədsiz tapança, 1 sənədsiz ov tüfəngi və bu silahlar üçün sursat, təxmini dəyəri 1,5 milyon TL olan konteyner, elektron əşyalar, qida və məişət materialları ələ keçirilib. Bundan başqa, keçirilən əməliyyatlar zamanı 8 nəfər tutularaq barələrində qanunamüvafiq tədbirlər görülüb, 4 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb”,-deyə açıqlamada bildirilir. Medianews.az İçlerinden biri de öğretmen! Deprem yardımlarını satarken yakalandılar   İçlerinden biri de öğretmen! Deprem yardımlarını satarken yakalandılar İçlerinden biri de öğretmen! Deprem yardımlarını satarken yakalandılar

Bizə qoşulun