Cümə, 8 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Əliyev Xankəndi qərarını elan etdi: Erməni terrorçular ya təslim olmalıdırlar, ya da…

LEYLA
28/05/2023 19:21
54
BAXIŞ
FacebookTwitterTelegram

Prezident İlham Əliyev Azərbaycanın Xankəndi və ətraf bölgəsində tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyini anons etdi… Erməni terrorçular üçün vaxt məhduddur, rəsmi Bakı uzun müddət gözləməyəcək, əmr verildikdən sonra bu cinayətkarlar həbs edilmək şansına belə, möhtac qala bilərlər…

Cənubi Qafqazda sülh və sabitlik prosesi geriyə dönməz xarakter alır. Bu regionda hərbi-siyasi gərginliyi artıraraq, faydalanmaq niyyətində olan kənar güclərin məkrli planları bir-birinin ardınca iflasa uğrayır. Və bu Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini təyin edən əsas faktordur.

Onu da qeyd etmək lazımdır ki, regionda sülh və sabitlik prosesinin şəriksiz geopolitik qarantı rolunda məhz Azərbaycan dövləti çıxış edir. Azərbaycanın maliyyə-iqtisadi və hərbi-siyasi resursları rəsmi Bakıya bu regionun gələcək taleyini təyin etmək hüququ verir. Və rəsmi Bakı bu regiona kənar müdaxilələri artıq təkbaşına bloklamaq qüdrətini nümayiş etdirir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalması rəsmi Bakının böyük hərbi-siyasi uğurudur. Rəsmi İrəvan daha çıxış yolu qalmadığını anlayaraq, “Qarabağ Azərbaycandır” reallığını qəbul edib. Paşinyan hakimiyyəti Ermənistan adlı qondarma “dövlət”in mövcudluğunu yalnız Azərbaycanın şərtlərinə uyacağı təqdirdə, qoruya bilərdi.

Əlbəttə ki, hələ bütün mübahisəli məsələlər tam şəkildə öz həllini tapmayıb. Qarşıda prinsipial xarakter daşıyan sərhədlərin delimitasiya və demarkasiya prosesi var. Rəsmi İrəvan bu prosesin 1975-ci ildə nəşr olunmuş xəritələrin əsasında aparılmasında israr edir. Yəqin ki, həmin tarixdən əvvəlki xəritələrin danışıqlar masasına gətiriləcəyi təqdirdə, Ermənistan adlı qondarma “dövlət”in əriyib, yoxa çıxacağını hamıdan yaxşı anlayır.

Ancaq rəsmi İrəvan hazırda belə önəmli proseslərdə şərtləri müəyyən edəcək hərbi-siyasi iradəyə sahib deyil. Ermənistan məğlub tərəfdir və Azərbaycanın tələblərini qəbul etmək məcburiyyətindədir. Yəni, delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında aparılacağını rəsmi Bakı müəyyən edəcək.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı danışarkən, sərhədlərin delimitasiyasın Azərbaycanın şərtləri əsasında olacağını birmənalı şəkildə vurğulayıb: “Sülh müqaviləsi də beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Azərbaycan liderinin bu açıqlaması rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində son mərhələni artıq başlatdığını göstərir. Rəsmi Bakı ilk növbədə yekun sülh sazişinin əsas şərtlərini qabartdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra əsas əngəlin ortadan qalxdığı inkaredilməz reallıqdır. Azərbaycan Prezidenti hətta rəsmi İrəvan öz mövqeyini dəyişməyəcəyi təqdirdə, yekun sülh sazişinin imzalana biləcəyini də istisna etmir.

Ancaq rəsmi İrəvan Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə məcburdur. Çünki regionda dayanıqlı sülhün hökm sürməsi üçün Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ və Qərb, eləcə də, Rusiya mövcud situasiya ilə barışıb, Azərbaycanın şərtlərini qəbul ediblər. Və belə vəziyyətdə Ermənistanın əlavə manevrlərlə sülh prosesini daha da uzatmaq şansları demək olar ki, qalmayıb.

Əslində, Azərbaycan lideri də son vaxtlar bu mövzuda açıq mətnlə danışmağa başlayıb. Prezident İlham Əliyev bildirib ki, son vaxtlar beynəlxalq siyasi dairələr Azərbaycanın mövqeyi ilə tam şəkildə razılaşıblar. Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın həm güclü, həm də beynəlxalq hüquq normaları qarşısında haqlı olması ilə birbaşa bağlıdır.

Təbii ki, belə şəraitdə Azərbaycanın Xankəndi və ətraf bölgəsində hələ də müqavimət göstərməyə çalışan erməni separatçı-terrorçular üçün sonun başlanğıcı inkaredilməz reallıqdır. Azərbaycan lideri də bildirib ki, artıq beynəlxalq siyasi dairələrdə “müstəqillik” və “status” barədə qətiyyən danışılmır. Əksinə, indi daha çox onların taleyinin necə olacağı ilə maraqlanırlar: “Onların amnistiya altına düşüb-düşmədikləri ilə maraqlanırlar. Mən də cavab verirəm ki, ona hələ baxmaq lazımdır”.

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Maraqlıdır ki, Azərbaycan Prezidenti Qarabağdakı qondarma erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini də açıqlayıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın həmin bölgədə hər an istənilən əməliyyatı keçirmək üçün bütün imkanlarının olduğunu hamı bilir: “Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt edilə bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Göründüyü kimi, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular barədə yekun qərarını artıq verib. Rəsmi Bakı erməni terrorçuların qaçmaq imkanlarını bloklayıb. İndi separatçı-terrorçuların da onların cinayətkar rəhbərinin də iki seçim variantı var. Yəni, erməni terrorçular ya Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olaraq, Prezident İlham Əliyevin onların barəsində verəcəyi son qərarı gözləyəcəklər. Ya da çox tezliklə Azərbaycan ordusuna antiterror əməliyyatlarına başlamaq əmri veriləcək və bu halda, erməni terrorçular üçün həbs edilmək belə, artıq böyük şansa çevrilmiş olacaq.

Prezident İlham Əliyevin son xəbərdarlıq mesajından sonra erməni terrorçular tələsməlidirlər. Çünki Azərbaycan lideri yekun qərarını artıq verib. Və vaxt məhduddur, rəsmi Bakı onların uzun müddət seçim etməsini gözləmək niyyətində deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Tags: antiterror əməliyyatlarıAzərbaycanErməni terrorçularƏliyevRəsmi BakıXankəndi

DAHA ÇOX OXU

1-MANŞET

Politoloq Fərhad Məmmədov: “Bu, Ermənistanın növbəti manipulyasiyasıdır”

08/12/2023 14:38
1-MANŞET

İki dövlət arasında münasibətlərin normallaşması üçün TARİXİ FÜRSƏT – ŞƏRH + FOTO

08/12/2023 14:19
1-MANŞET

Azərbaycanın sülhə məcburetmə siyasəti öz bəhrəsini verir – RƏY + FOTO

08/12/2023 13:20
1-MANŞET

Regionda sülhün bərqərar olması üçün MÜHÜM ADDIM – ŞƏRH + FOTO

08/12/2023 12:39
Analiz

Sara Əzimova: “Azərbaycan ilk dəfə qalib xalq kimi seçkilərdə iştirak edəcək” 

07/12/2023 19:31
1-MANŞET

Ərdoğanın Yunanıstan səfərindən GÖZLƏNTİLƏR – ŞƏRH + FOTO

07/12/2023 17:05

Xəbər lenti

Yeni qlobal fəlakət XƏBƏRDARLIĞI! 2024-cü ildə…

08/12/2023 20:01

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA – 95 min manatlıq iddia + YENİLƏNİB

08/12/2023 19:56

DİQQƏT: Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

08/12/2023 19:43

Bu gün vəfat edən Yaşar Əliyev – DOSYE

08/12/2023 19:21

DƏHŞƏT! Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib… – VİDEO

08/12/2023 19:13

Əməkdar artist: “Mən danışsam çox şey deyəcəm”

08/12/2023 19:07

SON DƏQİQƏ! Yaşar Əliyev vəfat etdi

08/12/2023 19:02

Məşhur müğənninin yeni sevgi macərası

08/12/2023 18:54

Xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün fürsət: ZƏFƏR SEÇKİSİ – RƏY + FOTO

08/12/2023 18:51

Zibil qutusuna atmaq istədiyi heykəli fantastik qiymətə satdı – FOTO

08/12/2023 18:38

Masazırda qəbiristanlıqda tanışını öldürən şəxsin məhkəməsi başlayır

08/12/2023 18:25

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək

08/12/2023 18:12

Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə

08/12/2023 17:56

“Putin seçkilərdə iştirakını həmkarları ilə müzakirə etməyib”

08/12/2023 17:40

Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

08/12/2023 17:28

“Yalı Çapkını”nın “Halis”inin görün hansı məşhurdan oğlu var imiş – FOTO

08/12/2023 17:15

Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb

08/12/2023 17:02

Ermənistanda Honq-Konq qripi yayılır

08/12/2023 16:50

Azərbaycanda toyda maraqlı olay – Gəlin maşını… – VİDEO

08/12/2023 16:39

Rəqqasə Fatimənin avtomobili yandı: “Gözəllik üçün etmişdim” – VİDEO

08/12/2023 16:27

Azərbaycanda yüksək vəzifəyə təyinat olub – FOTO

08/12/2023 16:15

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib – Təhsil ekspertindən İDDİA

08/12/2023 16:04

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

08/12/2023 15:49

Ərdoğandan Fransanın Ermənistanı silahlandırmasına reaksiya

08/12/2023 15:36

Dünənki zəlzələdən sonra Bakıda qala divarları üzə çıxıb?

08/12/2023 15:24

İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılır

08/12/2023 15:11

İnanırıq ki, bu seçkilərdə də xalqımız sabitliyə, tərəqqiyə və inkişafa səs verəcək – Səttar Möhbalıyev

08/12/2023 14:56

“Bakcell” dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu! – FOTO

08/12/2023 14:45

Kişilərə yeni hüquq verilir

08/12/2023 14:43

Politoloq Fərhad Məmmədov: “Bu, Ermənistanın növbəti manipulyasiyasıdır”

08/12/2023 14:38

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.