Səudiyyə Ərəbistanının “Əl Hilal“ klubu yayda Lionel Messi ilə müqavilə imzalayacaq.
Offsideplus.az “Marca”ya istinadla xəbər verir ki, PSJ-nin 35 yaşlı hücumçunun sözügedən kluba keçidi an məsələsidir.
“Əl Hilal” onunla yanaşı, Anxel di Mariya və Serxio Busketsi də sıralarına qatmağa yaxındır.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatır. Onun “Barselona”ya qayıdacağıyla bağlı da xəbərlər yayılıb.