Türkiyədə sevgilisini ürəyindən bıçaqlayaraq öldürən gənc qızın məhkəməsi keçirilib.
Medianews.az xəbər verir ki, gənc qızın məhkəmədə verdiyi ifadə hər kəsi heyrətləndirib.
Gənc qadın ifadəsində sevgilisi Oğuzhanı çox sevdiyini və hadisənin təsadüfən olduğunu iddia edib. G.Y.Y. adlı qadın sevgilisi ilə qısqanclıq zəminində mübahisə etdiklərini bildirərək, “Birdən mənə tərəf gəldi, ayağı büdrəyib əlimdəki bıçağın üstünə yıxıldı”,-deyə bildirib.
Gənc qızın məhkəməsi təxirə salınıb. Yaxın günlərdə işə yenidən baxılacaq.
Qeyd edək ki, sevgilisinin anası ilə telefonda rusca danışmasına əsəbiləşən gənc ilk öncə onunla mübahisə edib.
Sözügedən hadisə Türkiyənin Aydın vilayətində baş verib.
Gecə saat 02:30 radələrində birlikdə yaşayan Oğuzhan Çavuş və Gül Üliana Yaşar dostları ilə əyləndikdən sonra evə gəliblər. Bu vaxt Gül Üliananın anası qızına zəng edərək danışmağa başlayıb. Anası ilə rusca danışan qızın telefon danışığı bitdikdən sonra sevgilisi onunla mübahisə etməyə başlayıb. Oğuzhan Çavuşun bıçaqla qızın yanına gələrək “Niyə mənim yanımda rusca danışırsan, anan ilə nə danışdın” deməsi ilə mübahisə daha da böyüyüb.
Medianews.az