05.10.2022, 18:21
291 baxış
Gurban Alakbar
İranda növbəti zəlzələ Naxçıvanda da hiss edilib
İranda yenidən zəlzələ olub, Naxçıvanda hiss edilib.
Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, yerli vaxtla bu gün saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Təkanlar Naxçıvan MR-da 4-3 bala qədər hiss olunub.