Kiber hakerlər yenidən Android istifadəçilərini hədəfə alıblar. Şəxsi məlumatları ələ keçirən bu tətbiqlər istifadəçiləri təşvişə salıb.
Medianews.az xəbər verir ki, istifadəçinin xəbəri olmadan telefona yüklədiyi 2 proqram içərisində təhlükəli qurğu mövcuddur. SharkBot adlanan bu qurğu yükləndikdə istifadəçilərin məlumatları hakerlər tərəfindən ələ keçirilir. İstifadəçi məlumatı olmadan daxil ola bilən və bank məlumatlarını oğurlaya bilən proqram minlərlə insanın şəxsi məlumatlarını riskə atıb. Bu hakerlər Google-un etibarlı təhlükəsizliyindən də yan keçə bilər. Minlərlə proqram arasında 2 tətbiqdə aşkarlanan bu proqram istifadəçi adları və parolları oğurlamağa imkan verən onlayn xidmətlərə daxil olaraq məlumat toplayır və saxtakarlıq edir. Ən son mart ayında görülən bu proqramın yenidən ortaya çıxdığı 2 tətbiq isə bunlardır; Telefon Təmizləyicisi və Kylhavy Mobil Təhlükəsizlik. Telefonda virusların təmizlənməsi məqsədi daşıyan bu iki proqram əslində istifadəçi məlumatlarını oğurlayır. Əvvəllər proqramları yükləmiş istifadəçilər kibercinayətin qurbanı olmadan telefonlarını təmizləməlidirlər. Yüz minə yaxın endirilən bu proqramların təcili olaraq telefonlardan silinməsi lazımdır. Bu proqramları endirdiyinizi düşünürsünüzsə, onları dərhal silin və verdiyiniz icazələri yoxlayın.
Medianews.az
Aysel Şirinova