Medianews.az
Məhəmməd Salah qol sayında Stiven Cerrarda çatıb
293 baxış

Məhəmməd Salah qol sayında Stiven Cerrarda çatıb

Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunda qol sayına görə əfsanəvi futbolçu Stiven Cerrarda çatıb. "Report" xəbər verir ki, 30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyununda nail olub. Komandasının yeganə qoluna imza atan forvard 120-ci topunu vuraraq Mersisayd təmsilçisinin tarixinə düşüb. "Liverpul" tarixinin bombardiri 128 qolla ingiltərəli sabiq oyunçu Robbi Faulerdir. Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən bu komandanın formasını geyinir.

Bizə qoşulun