18.08.2022, 15:42
333 baxış
Lamiyə
"Real Madrid" futbolçusunu icarəyə verib
İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm "Kadis"də çıxış edəcək.
İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Antonio Blanko "Real Madrid"in yetirməsidir.