Medianews.az
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
321 baxış

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açmaq istəyir. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir. Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu). Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir. Qeyd edək ki, avqustun 4-də erməni Baş nazir bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.

Bizə qoşulun