Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Asif, Donni nə qədər istəyir, ver ona” – Geryenin xatirələri

TURAN
12/07/2022 14:34
63
BAXIŞ
FacebookTwitterTelegram

“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.

Medianews.az Qol.az-a istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb: “Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı”.

O, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə ilk oyununu izlədiyini söyləyib:  “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təffəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır”.

33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur: “Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanov Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.

D.Gerye “Qarabağ”dan ayrılmasının səbəbi haqda da danışıb: “Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. “Qarabağ”ın bazasına gec gəldim. Qurban hirsləndi, haqqı var idi. Mən maliyyə cəzası aldım və ehtiyata göndərilməli idim. Dedim ki, ya qalacağam, ya da gedəcəyəm. Və mən Kiprdə oldum. Futbola gəlincə, “Qarabağ”da keçirdiyim günlərə görə heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarım hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqasını burada yaşadım və Avropa Liqasında oynadım. Orada keçirdiyim vaxt üçün darıxıram. Hətta “İnstaqram”da da Qarabağ köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir”.

Futbolçu Qurban Qurbanov böyük xarizmaya malik məşqçi olduğunu söyləyib: Mən ona “Qvardiola” və ya “ata” deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı həssaslığı vardı. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım yaranmışdı. Xəyal etdiyim avtomobili almaq istəyirdim, ancaq ordan mənə dedilər ki, gözləyə bilməzlər. Klubun baş meneceri Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə o, sadəcə ah çəkdi: “Ah, Donny, Donny” – çünki əvvəllər belə deyirdi – və telefonu yığdı. – “Asif, Donni nə qədər istəyir, ver ona”. Və hər şeyi vaxtından əvvəl aldım. Məşqçi mənim üçün bir şərt qoydu. “Donny. Bir şey. Növbəti oyunda ən yaxşı olmalısan.” Qurbanov əsl rəis idi. Qladiator. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. Kaş ki, onu ruhdan salmaya idim”.

O, körpə qızının öldüyü vaxtlarda Q. Qurbanovun ona verdiyi dəstəklə bağlı deyib: “Qurbanov dedi ki, klubdan narahat olma. Klub indi sənin üçündür. Ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qal. Altı ay varsa, altı ay qal. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik. İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün mənim topa ehtiyacım var. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş kimi hiss etdim. Balkondan atılıb körpəmə qoşulmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. “Qarabağ” məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyə bilirdim. Məşqə qayıdanda Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır”.

Oyunçu 2017-ci ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə heç-heçə etdikləri səfər oyununu da xatırladıb: “Matçdan əvvəl Qurbanov bizi təlimatlandırmağa apardı. O, rəqibin videoanalizini göstərdi və necə oynayacağımızı söylədi. Bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. “Siz bunu özünüz, klub üçün etmirsiz, indi sizə göstərəcəm nə üçün edirsiz” dedi. Sonra Ağdam haqda videoyazı göstərdi. Uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm… “Bu insanlar “Qarabağ”ın “Atletiko”ya qol vurduğunu görəndə gülümsəməyə başlayacaqlar” deyə, əlavə etdi. “Atletiko” ilə matça “Barselona” kimi çıxdıq. Və oyun 1:1 hesabıyla başa çatdı”.

D.Gerye yenidən Azərbaycanda oynamaq ehtimalı ilə bağlı söyləyib: “Kaş ki hazırda “Qarabağ”da oynasaydım. Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Bu, mənim həyatdakı ən böyük səhvimdir, kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurban Qurbanova tabe olmamağımdır. Onun bütün dediklərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi “Qarabağ”a qayıtmaq imkanım olsa, hətta pulsuz gedərəm. Heç vaxt oranı tərk etməzdim, çünki orada oynamaqdan həzz alırdım”.

Tags: “TVP Sport”AsifDonald GeryeDonniFutbolidmanMüsahibəQurban Qurbanov

DAHA ÇOX OXU

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR
1-MANŞET

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00
Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib
1-MANŞET

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35
Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO
1-MANŞET

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12
Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub
export

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10
“Real Madrid” futbolçusunu icarəyə verib
İdman

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42
Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO
export

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24
SON XƏBƏR
ABŞ-da Olimpiya mükafatçısı metal boru ilə döyüldü

ABŞ-da Olimpiya mükafatçısı metal boru ilə döyüldü

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb… – Nahidənin dəhşətli qətli

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətli

Ukraynadan gecə əməliyyatı: Rusiyanın silah anbarı belə vuruldu – ANBAAN VİDEO

Ukraynadan gecə əməliyyatı: Rusiyanın silah anbarı belə vuruldu - ANBAAN VİDEO

Xəbər lenti

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10

Bir cənub şəhərində tutulan polkovnik

Bir cənub şəhərində tutulan polkovnik

18/08/2022 18:43

“Hər şey göz önündədir” – Paşinyan

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

18/08/2022 17:59

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

18/08/2022 17:50

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.