Medianews.az
NATO-dan İsveç və Finlandiya  açıqlaması
108 baxış

NATO-dan İsveç və Finlandiya açıqlaması

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında İsveç və Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandırmasından sonra sözügedən ölkələr NATO-ya dəvət edilib. Medianews.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada İsveç və Finlandiya nümayəndələrinin Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında NATO rəsmiləri ilə görüşərək üzvlük danışıqlarını yekunlaşdırdıqları bildirilib. “Hər iki ölkə NATO-ya üzvlüyün siyasi, hüquqi və hərbi öhdəliklərini, öhdəliklərini yerinə yetirmək istəyini və qabiliyyətini rəsmi şəkildə təsdiqləyib”, - deyə bəyanatda deyilir. Finlandiya nümayəndə heyətinə xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkonen, İsveç nümayəndə heyətinə isə xarici işlər naziri Ann Lindenin başçılıq etdiyi bildirilir. Bəyanatda, danışıqların başa çatmasından sonra NATO-ya üzv 30 ölkənin nümayəndələrinin İsveç və Finlandiyanın üzvlük protokollarını imzalayacağı, daha sonra üzvlük protokollarının təsdiq olunmaq üçün NATO-ya üzv olan bütün ölkələrə göndəriləcəyi bildirilib. Leyla, Medianews.az

Bizə qoşulun