Belarus prezidenti Aleksandr Lukaşenko İkinci Dünya Müharibəsində Minskin işğaldan azad edilməsi mərasimində çıxış edib. Rusiyaya dəstəyini davam etdirəcəyini ifadə edən Lukaşenko, “Rusiya Belarusa ən yaxın və qardaş dövlətdir” deyib.
Medianews.az xəbər verir ki, Rusiyanı açıq şəkildə dəstəkləyən yeganə ölkə olduqlarını ifadə edən Lukaşenko , “bu mübarizədə rusları dəstəkləyən yeganə ölkə bizik. Qarşı tərəfdə neçə ölkə var? Ukraynada faktiki olaraq Rusiyaya qarşı döyüşən əlliyə yaxın ölkə var. Bizi qınayanlar bilmirlərmi ki, bizim Rusiya Federasiyası ilə sıx ittifaqımız var, biz iki müstəqil xalqdan ibarət vahid, güclü, müstəqil İttifaq dövləti qururuq”,-deyə bildirib.
Rusiyanın qardaş ölkə olduğunu dilə gətirən Lukaşenko, “həqiqətən, hər zamankindən daha çox birlikdə olmalıyıq. Biz Rusiyanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Bu ittihamlar gülünc və kədərlidir”,-deyə qeyd edib.
Leyla, Medianews.az