Qlobal tədqiqat şirkəti Gallup “Qlobal Emosiyalar” hesabatını açıqlayıb.
Medianews.az xəbər verir ki, hesabatda dünyanın ən qəzəbli ölkələri açıqlanıb. Məlumata görə, keçən il üçüncü yerdə olan Livan birinci, Türkiyə isə ikinci yerdə qərarlaşıb. Yəni bu ölkələrdə insanların az qala yarısının qəzəbli olduğu müəyyən edilib.
Dünyanın ən əsəbi ölkələri sıralamasında Türkiyəni müvafiq olaraq Ermənistan, İraq, Əfqanıstan, İordaniya, Mali və Syerra-Leone izləyib.
Müsbət emosiyalarla bağlı araşdırmanın nəticələrinə görə Salvador 82 xalla birinci yeri tutub. Yəni ən pozitiv və xoşbəxt ölkə kimi El Salvador seçilib.
Hesabatı şərh edən ekspertlər bu nəticələrin davam edən sosial-iqtisadi böhran və valyutaların kəskin ucuzlaşması fonunda “gözlənilən” olduğunu bildiriblər.
Leyla, Medianews.az