Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Rafiq Əliyev: “Gördüklərimdən sonra xatirələrim zədə aldı”

“Xatirələrim sarsılmışdı, gördüyüm dünya məni məyus etmişdi...”

Əli
17/06/2022 21:46
A A
1.1k
BAXIŞ
FacebookTwitterTelegram

 “Torpağımı belə görmək istəmirdim”- 30 ildən sonra Ağdama səfər edən Azərbaycanlı alim

Ötən gün AMEA-nın nümayəndələri Ağdama səfər ediblər. Onların sırasında Ağdamdan olan ziyalılar da olub.

Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin BA proqramlarının direktoru, Almaniyanın Zigen, Quzey Kıbrısın Yaxın Doğu, İranın Təbriz, ABŞ-ın Corciya Dövlət Universitetinin professoru Rafiq Əliyev də ziyarətçilərin sırasında idi. Professor  Medianews.az-a açıqlamasında işğaldan azad olduqdan sonra Ağdama ilk dəfə səfər etdiyini vurğuladı.

“Ağdamı 30 ildən sonra belə görəcəyimi gözləmirdim. Orada ikili hiss yaşadım. Birinci ən gözəli idi. Çünki uzun ayrılıqdan sonra torpağımda idim. Bu söz sizə adi və sadə gəlməsin.  30 ildir həsrətlə gözlədiyim torpağıma, qibləgahım hesab etdiyim Ağdamıma qovuşdum. Amma…

Onu deyirdim axı, ikinci hissim məni çox məyus etdi. Hər insanın elə bir yaş dövrü  olur ki, ancaq xatirələrlə yaşayırsan. Yaşamaqla kifayətlənmirsən, yaşadırsan. Bax mən Ağdamı yaşatmışdım. Amma gördüklərimdən sonra o xatirələrim zədə aldı.  Mənim xatirələrimdəki indi gördüyüm o Ağdam deyildi. Əfsuslar… Ağdama çatan kimi başımın üstünü dostlarımın – Xudu Məmmədovun, Famil Mehdinin ruhu aldı. Başımı qaldırıb səmaya baxanda sanki onların ruhunu gördüm. Məktəb yoldaşlarım, dostlarım…. Xatirələrim sarsılmışdı, gördüyüm dünya məni məyus etmişdi… Bilirsiniz, Ağdam elə özü mənim üçün bir dünyadır. Yerlipərəstlik etmirəm vallah, doğurdan elədir. İnsan yaşlandıqca torpağa doğru gedir. Torpaq insanı çəkir, o baxımdan deyirəm ki, torpağımı belə görmək istəmirdim. Başqa cür görmək istəyirdim. Ancaq yenə də deyirəm gün o gün olsun ki, yeni Ağdam tikilsin. Onu da bilirəm ki,  yeni Ağdam mənim xatirlərimdəki Ağdam olmayacaq.

 

Dünyanın bir çox tanınmış ali təhsil ocaqlarında işləmişəm, mühazirələr oxumuşam. 50-90 mərtəbəli Universitet binalarında   dərs demişəm. Amma mənim   Ağdamda oxuduğum o, iki mərtəbəli məktəbimiz onların hamısından daha əzəmətli olub və bu gün də əzəmətlidir.

Mənim oxuduğum Ağdam 1 nömrəli məktəb çox tanınmış insanlar yetişdirib.  Torpağı tanıdan seçilmiş insanlar olur.  Allahdan arzum odur ki, Ağdamın mənim xatirələrimdə yaşayan   həmin o ziyalıları o torpaqda bir də yetişsin”.

Rafiq müəllim Ağdamın düşmən tərəfindən darmadağın edildiyini və bu mənzərəyə şahidlik etməyin çox çətin olduğunu bildirdi: “Qızım, ermənilər Ağdamı elə günə qoyublar ki…. Uçurulub-dağıdılmış onun yanında rahat deyilmiş sözdür. Mən Ağdamda həyatımda görmədiyim və filmlərdə belə rast gəlmədiyim vəhşiliklərin şahdi odum. Torpaqdan da bu qədər intiqam almaq olarmış. Ağlıma gətirə bilmirəm. Ermənilərin Ağdam və ağdamlılara qarşı nə qədər nifrətləri var imiş?.

Nə deyim, gün o gün olsun ki, Ağdam tikilsin, yenidən qurulsun insanlar da öz torpaqlarına qayıtsın”.

Xəyalə Rəis

Medianews.az

Məqalə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi maliyyə yardımı əsasında,” İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanmışdır.

Tags: AzərbaycanProfessorqarabağRafiq Əliyev. Ağdam

DAHA ÇOX OXU

Cəmiyyət

Bakıda yanıb kül olan lüks avtomobillərin GÖRÜNTÜSÜ – FOTO/VİDEO

29/06/2022
1-MANŞET

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb – FOTO

29/06/2022
1-MANŞET

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

29/06/2022
Cəmiyyət

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

29/06/2022
Cəmiyyət

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

29/06/2022
1-MANŞET

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

29/06/2022
SON XƏBƏR

Azərbaycanda sabiq nazir vəfat etdi

Sürücünün ani reaksiyası faciənin qarşısını aldı - ANBAAN VİDEO

Sosial şəbəkədə insanları ALDATDI: 100-dən çox istifadəçinin pulunu aldı - VİDEO

Xəbər lenti

Bakıda yanıb kül olan lüks avtomobillərin GÖRÜNTÜSÜ – FOTO/VİDEO

2022/06/29 17:26

Şəhid atası olan xalq artisti “Azdrama”ya niyə buraxılmır – qalmaqal

2022/06/29 17:26

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb – FOTO

2022/06/29 17:20

Azərbaycan Prezidentinin də iştirak etdiyi sammit başladı – Fotolar

2022/06/29 16:56

Bu gündən Bakıda bu ərazilərdə pulsuz Wi-Fi xidməti ləğv olunur

2022/06/29 16:35

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

2022/06/29 16:22

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.