Fransada elektrik paylama şəbəkəsindən məsul olan Enedis şirkəti, fırtına səbəbiylə ölkədə 12 min ildırımın düşdüyünü və 15 min evin işıqsız qaldığını açıqlayıb.
Medianews.az xəbər verir ki, Fransa Daxili İşlər naziri Gerald Darmanin verdiyi açıqlamada fırtına səbəbindən indiyədək 35 nəfərin yaralandığını, Fransanın Rouen şəhərində 30 yaşlı qadının sel nəticəsində həyatını itirdiyini açıqlayıb. Nazir həmçinin bildirib ki, ildırım vuran 13 yaşlı qızın həyati təhlükəsi davam edir.
Darmanin ölkədə 65 bölgəyə təsir edən fırtına haqqında danışarkən “20 ildə görülməmiş səviyyədə” sözlərindən istifadə edib.
Leyla, Medianews.az