Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Formula 1” yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

XƏYALƏ
06/06/2022 17:41
A A
30
BAXIŞ
FacebookTwitterTelegram

Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı “Report”a bildirib ki, mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa “Formula 1” yarışını görmək mümkündür:

“Belə mənzillərin kirayə qiymətləri artıb. Həmin evlər digər mənzillərə nisbətdə iki dəfə bahalaşıb. Lakin bunların ümumi kirayə evlər bazara heç bir təsiri yoxdur. Günlük kirayə mənzillərin qiyməti də çox artıb. Bundan əlavə, “Formnula 1” ərəfəsində hotellər də 30-40 %, bəzən də 50 %-ə qədər qiymətləri artırıb. Bu da müvəqqəti məsələdir”.

Əmlak bazarı üzrə ekspert Bəhruz Həsənov da öz açıqlamasında qiymət artımını təsdiqləyib və hətta bu artımı fantastik rəqəmlərlə izah edib:

“Bakının tarixi mərkəzi hissəsinə düşən həmin ərazilərdə kirayə evlərin qiyməti yarış günləri üçün 2-3 dəfə yüksəlir və ən çox yarışları müşahidə etmək mümkün olan mənzillərin kirayə qiymətləri qalxır. Bu mənzillərdə müşahidə edilən mövqedən asılı olaraq, yarışları izləmək olur, həmin mövqelərdən asılı olaraq mənzillərin günlük kirayə qiymətləri 200 manatdan 1 000 manata kimi dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 70-170 manat arasında dəyişir. Həmçinin yarışların keçirildiyi əraziyə birbaşa baxışı olmayan, lakin mərkəzdə yerləşən mənzillərdə də qiymət artımı müşahidə olunur. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. İstəyirlər ki, bu yarışlar keçirilən ərazilərə yaxın mənzillərdə qalsınlar. Həmin mənzillərin günlük kirayə qiymətləri də normalda 80-100 manat idisə, hazırda minimum qiymətlər 100-120 manat arasında dəyişir”.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bu cür tədbirlərin turizm və əmlak bazarına təsirinin daha uzunmüddətli olduğunu hesab edir:

“İlkin mərhələdə bu təsiri hiss etmirik, amma dolayı effekti daha çox olur. Məsələn xaricdə televizordan bu yarışı izləyən şəxs Bakının Milli Parkını, dənizi, iri tikililəri görür. Təbii ki, bu da turist cəlb etməyin bir yoludur”.

N.İbrahimov qiymət artımının arzuolunmaz sosial nəticələrinə də toxunub. O bildirib ki, bu artım kirayədə qalan təbəqənin vəziyyətini pisləşdirir:

“Bu qiymət artımının qarşısını, təbii ki, müəyyən bir çərçivə daxilində rəsmi strukturlar almalıdır. Burada inzibati amilliərə yol vermək olmaz. Yəni hansısa rayon icra hakimiyyətinin başçısı, ya şəhər icra hakimiyyəti deyə bilməz ki, bu qiymətə evini kirayə ver. Lakin dolayı yollarla bazara təsir göstərməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək. “Formula 1” tribunalarında günlük biletin ən ucuz qiyməti 90 manatdır. Ən bahalısı isə 9 130 manatdır.

Tags: Formula-1Kirayə evlər

DAHA ÇOX OXU

Cəmiyyət

Meymunçiçəyini sağaldan dərmanların adı açıqlandı – siyahı

01/07/2022
Cəmiyyət

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

01/07/2022
Cəmiyyət

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlanıb? – RƏSMİ AÇIQLAMA

01/07/2022
Cəmiyyət

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir? – AÇIQLAMA

01/07/2022
Cəmiyyət

Cənublu müğənnidən Zaura ŞOK İTTİHAM: “Kimi efirə dəvət edib, pul ilə qucaq açıb” – VİDEO

01/07/2022
Cəmiyyət

Azərbaycanda meymunçiçəyi virusuna qarşı vaksinasiya nəzərdə tutulur? Nazir AÇIQLADI

01/07/2022
SON XƏBƏR

İslamabad – Bakı arasında birbaşa uçuşlara start verilib

Dondurma alarkən nəyə diqqət etməliyik?

“Çimnazda olan hamıda var, ola bilər ki, onda bir az aşağı-yuxarıdır...”

Xəbər lenti

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

2022/07/01 23:40

Litzenberger: “Azərbaycan və ABŞ regionun problemlərini həll etmək üçün birgə işləyə bilər”

2022/07/01 23:15

Zelenski: “Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb”

2022/07/01 22:49

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

2022/07/01 22:35

“Edam cəzası gündəmə gələ bilər” – Ərdoğan

2022/07/01 20:30

Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı

2022/07/01 20:24

Rəqsanə qızının toyuna niyə gəlməyib? – Özü açıqladı

2022/07/01 20:21

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

2022/07/01 19:41

“Mən də tək kişilərlə şəkil çəkdirmirəm” – Şəbnəmə dəstək oldu

2022/07/01 19:08

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir- AÇIQLAMA gəldi

2022/07/01 18:19

Bakıda ağır qəza: Avtobusla minik maşını toqquşdu, xəsarət alan var – VİDEO

2022/07/01 18:13

Meymunçiçəyini sağaldan dərmanların adı açıqlandı – siyahı

2022/07/01 18:02

Bu şəxslərə əlillik verilməyəcək

2022/07/01 17:54

Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb

2022/07/01 17:53

Xaçmazda yol qəzasında xəsarət alanlardan biri ölüb – VİDEO

2022/07/01 17:43

Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI – Qızı varmış…

2022/07/01 17:41

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

2022/07/01 17:29

ABD Malikə qarşı DƏLƏDUZLUQ: “Kartımdan 546 AZN oğurladılar” – FOTO

2022/07/01 17:22

“Barselona” Qrizmanla bağlı qərarını verdi

2022/07/01 17:20

Prezident mühüm Fərman imzaladı

2022/07/01 16:56

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlanıb? – RƏSMİ AÇIQLAMA

2022/07/01 16:43

Afət Fərmanqızının şikayətini məhkəmə təmin etmədi

2022/07/01 16:20

İfaçı Mərdan yeni klipini təqdim etdi – Video

2022/07/01 16:13

Xalq artistini erotik videolarla şantaj etdilər – FOTO

2022/07/01 16:13

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.