“4 günlük” aprel müharibəsi zamanı gizlənməyə siçan deşiyi axtaran separatçı başı Bako Saakyan sabah ABŞ-a gedir. Erməni qaynağı iddia edib ki, Saakyan “Senat və Nümayəndələr Palatasının üzvləri, eləcə də Amerikanın ekspert dairələri və erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək”, hətta ona hansısa “mükafat” veriləcək.
Əlbəttə, erməni erməni olmazdı, əgər qarışqadan fil düzəltməsəydi, yalanı gerçək kimi tirajlamasaydı. Amma dəqiqi budur ki, “Kreml tulası” Saakyan Amerikaya gedir. Orada onun Frenk Pallone, Devid Valado, Tulsi Qabbard kimi erməni lobbisinə satılmış konqresmenlərlə görüşü də şəkk-şübhə doğurmur – hansılar ki, dəfələrlə, son olaraq isə keçən il qanunsuz şəkildə Dağlıq Qarabağda olublar.
Vəziyyətin paradoksallığı da ondadır ki, Krımın ilhaqına, ardınca isə həm də Gürcüstana təcavüzə görə Rusiyaya sanksiyalar tətbiq edən və bu sanksiyaları getdikcə daha da sərtləşdirən ABŞ erməni kökənli separatçı-terrorçulara gələndə sanki muma dönür, ərazisində etnik təmizləmə aparılmış və qanunsuz şəkildə Ermənistana ilhaq edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimin başçısına “yaşıl işıq” yandırır, Bako adlı itin hətta ABŞ Konqresini murdarlamasına şərait yaradır.
Təbii ki, erməni diasporunun paraları ilə yanaşı, ortada xristian amili də var. Torpaqlarının 1/5-i işğala məruz qalan Azərbaycan müsəlman yox, xristian ölkəsi olsaydı, Amerika, Qərb erməni yaramazlara bunca meydan verməz, öz ərazisində separatçı rejimin qanunsuz nümayəndəliklərinin fəaliyyətinə göz yummazdı. BMT TŞ-nin məlum qətnamələri də 25 ildir kağız üzərində qalmazdı.
İstənilən halda, bizə öz dərdimizə çarə bulmaq qalır. Ancaq necə? Əsas yük əlbəttə ki, ABŞ-dakı səfirliyimizin, diasporumuzun, fəal tələbə-gənclərimizin, damarında azərbaycanlı qanı axan hər kəsin üzərindədir. Azərbaycan türməsinin çoxdan darıxdığı Saakyan orada hər addımda gəldiyinə peşman edilməli, hara getsə, orada ayağının altında torpaq qaçmalıdır. Yəqin ki, Azərbaycan XİN-in xüsusi etiraz bəyanatı da olacaq.
ABŞ Dövlət Departamenti, Bakıdakı Amerika səfirliyi də məsələni görməzlikdən gələ bilməz. Ən azı, Saakyana səfər vizası verilməsinə aydınlıq gətirilməli, Vaşinqtonun separatizmə belə ikili standart yanaşmanın səbəbi Azərbaycan ictimaiyyətinə açıqlanmalıdır.
Təbii ki, ABŞ-ın bu məsələdə ürəyimizdən tikan çıxaracaq bir mövqe sərgiləyəcəyi qədər sadəlövh deyilik. Yəqin ki, yenə belə bir şablon ifadə eşidəcəyik ki, “bu, özəl səfərdir və ABŞ-ın Dağlıq Qarabağ məsələsinə rəsmi yanaşmasına heç bir dəxli yoxdur”.
Amma var. Əsas sual da budur ki, ABŞ əgər postsovet məkanında separatizmə eyni gözlə baxırsa, o zaman nədən Kırımın, Donbasın separatçı hökumət başçılarına öz sərhədini qapadıb, onlara qarşı sanksiyalar tətbiq elədiyi halda, Saakyana neçənci dəfədir qucaq açır?
Bu, elə Rusiyanın separatizmə yanaşmasının astar üzü deyilmi – hansı Rusiya ki, Çeçenistanın müstəqilliyini qan gölündə boğurkən Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb, Ukraynanı parçalayıb. Yaxud nədən öz qonşusunun 20% torpaqlarını işğal altında saxlayan Ermənistan – Rusiyanın regiondakı yeganə işğal və siyasət ortağı eyni sanksiyalara, eyni taleyə tuş edilmir?
Azərbaycan xalqı belə ikili standartların çoxdan fərqindədir. O üzdən Rusiya kimi ABŞ-a etimad da Azərbaycanda artıq aşağıdır və ilbəil daha da azalır…
“ABŞ-a Azərbaycan lazımdır, Ermənistan yox. Amerikanın Dağlıq Qarabağa istənilən yardımı erməni işğalına dəstək deməkdir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur – hansı sənədlərdə ki, açıq şəkildə təsbit edilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir”. Bu fikir tanınmış amerikalı ekspert Ceykob Kamarasın bir neçə gün qabaq “Daily Caller” nəşrində dərc olunan məqaləsindəndir. “Ermənistan postsovet ölkələri arasında ən az suveren ölkədir. ABŞ ayılmalı və başa düşməlidir ki, kim onun əsl dostlarıdır və kim onun üçün real strateji dəyərə malikdir”. Bu da onun sözləridir.
Dəyərli dosta sahib olmaq üçün isə öncə özünün dəyərli dost olmağın gərəkir…