Çərşənbə, 8 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Vitrindəki Konstitusiya

Zahid Səfəroğlu
12/11/2014 15:29
0
BAXIŞ
FacebookTwitterTelegram

zahid yeni razmerMüstəqil Azərbaycanın konstitusiyasının qəbulundan 19 il ötür. Başqa sözlə, bu gün Konstitusiya Günüdür. Gəl ki, təbriklik ovqatda indi kimi isə tapmaq qəliz məsələdir. Əksəriyyət hətta 12 noyabrın nə günü olduğundan belə bixəbərdir – buna da əmin ola bilərsiniz. Ona görə ki, yalnız andiçmə mərasimlərində – 5 ildən bir yada düşən konstitusiya ilimiz 12 ay işləmir.

Ötən 19 ili ümumi necə xarakterizə eləmək olar? Yəni doğrudanmı belə böyük zaman kəsiyində adına həm də “Ana Yasa” deyilən “Əsas Qanun” urvatsız vəziyyətdə olub, öyünüləsi heç şeymi yox? Bütövlükdə 19 ildə konstitusiyalı Azərbaycan adında məmləkətimiz haradan hara gəlib görəsən?

19 ildə əlbəttə ki, ölkənin müstəqilliyi qorunub saxlanılıb. Gəlin, bunu ən böyük nailiyyət sayaq. Fəqət, müstəqilliyi və suverenliyi hədəf deyil, vasitə hesab eləsək, o zaman digər, əsla az əhəmiyyətli olmayan hədəflərə əfsuslar olsun ki, çatılmayıb. Rezüme şəklində sadalayaq:

Əvvəla, bu 19 ildə Azərbaycan Konstitusiyasının təsir dairəsini Dağlıq Qarabağ və işğaldakı başqa ərazilərədək genişləndirə bilməmişik. Hərgah, bu, elə də kiçik zaman deyil – təxminən 4 prezidentlik müddətinə bərabərdir və onun da hamısı indiki hakimiyyətin “payına” düşür.

19 ildə biz neftdən asılı olmayan iqtisadiyyat, dövlət büdcəsi yarada bilməmişik. Neftin “oynayan” qiymətləri isə bunun nə dərəcədə riskli olduğunu günümüzdə hamımıza əyani göstərməkdədir. İqtisadiyyatın, büdcənin məhz “qara qızıl”a indeksləşməsinin acı nəticəsidir ki, Azərbaycan hələ də xammal mənbəyi, aqrar ölkə kimi tanınır dünyada, güclü sənayemiz, xarici bazarlarda rəqabət qabiliyyətli yüngül və ağır sənaye mallarımız, qısası, keyfiyyətli məhsulumuz yox dərəcəsindədir. Plyus, əhalimiz idxaldan asılı olaraq qalır. Müstəqilliyin mühüm şərtlərində biri isə məhz güclü iqtisadiyyatdır, keyfiyyətli istehsal və güclü ixracatdır.

Sonra. 19 ildə xalqın gəlirləri qismən artsa da, əhalinin durumu kardinal şəkildə yaxşılaşmayıb. Çünki daxildə sərt və avtoritar idarəçilik davam edir və ilbəil daha da qəddarlaşır. Eləcə də milli vəhdəti və vətəndaş barışını sarsıdan korrupsiya, monopoliya, məmur özbaşınalığı, hüquqsuzluq, təməl haqların ayaqaltı edilməsi güclənib, təbəqələşmə dərinləşib.

Universal hüquqlar sahəsində durum nə qədər qəribə də olsa, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik elədiyi son 6 ayda xüsusilə kritik şəkil alıb. Milli vəhdət, vətəndaş barışı isə müstəqilliyin, dövlətin başqa vacib təməl sütunlarıdır. Bu fonda rusiyayönlü “5-ci kolon”un xeyli fəallaşmasını da nəzərə alsaq, belə qənaət hasil olar ki, Azərbaycan dövlətinin daxili dayaqları 19 ildə əsla möhkəmlənməyib və kövrəkdir. Halbuki, Ermənistan, Rusiya, İran kimi qeyri-dost ölkələrin əhatəsində olmağımız heç olmasa, deyilən sahələrdə sahman yaratmağı diktə edir(di)…

***

Bəli, Azərbaycanın da konstitusiyası var və son məlum düzəlişlərə rəğmən, pis-yaxşı çağdaş tələblərə cavab verir. Lakin əgər bu konstitusiya əsasında ölkədə indiyədək heç bircə dürüst bələdiyyə seçkisi də keçirilməyibsə, orada təsbit olunan elementar insan haqları, sosial dövlət haqda prinsiplər, hakimiyyət qollarının – o sırada parlamentin, məhkəmələrin müstəqilliyi gözlənilmirsə, o, kimə gərəkdir? Yalnız vitrinə qoymağamı?

Yəni belə çıxır ki, ona nə qədər istəyirsən baxa, içini vərəqləyə bilərsən, ancaq istifadə eləmək, faydalanmaq, həyata tətbiq eləmək… olmaz! Nə vaxtsa “Ana Yasa”nın həyata tətbiq ediləcəyi və Azərbaycanın da dünyada hüquqi-demokratik dövlət kimi tanınacağı ümidi ilə Konstitusiya Gününüz qutlu olsun.

DAHA ÇOX OXU

Flash

Pensiyamızın investisiya hissəsi

05/02/2023 16:05
Flash

Kor kora “kor” deməsə… – Rusiya Azərbaycandan üzr istəyəcəkmi?

05/02/2023 16:04
Flash

İran, İvan və İrəvanın “3-ü birində” riyakarlığı

01/02/2023 12:21
Flash

Qoz alveri

01/02/2023 12:20
Köşə

Əsl casusun karyerası – asmasalar, Kohen prezident olacaqmış

01/02/2023 12:19
Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
SON XƏBƏR

Azərbaycan Ermənistan vertolyotunu vurdu

Erməni tərəfi hərbi vertolyotunun vurulduğunu TƏSDİQLƏDİ

Bakıda məhkəmə qarşısına çıxarılan 17 yaşlı qızdan şok sözlər

Xəbər lenti

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44

Göndərilən yardım bağlamalarında nələr kəskin tənqid olundu? – VİDEO

08/02/2023 20:19

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10

Messi Türkiyəyə belə YARDIM ETDİ

08/02/2023 19:56

FOX TV: “Bakıda da zəlzələ olacaq” – Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi – VİDEO

08/02/2023 19:13

Bakıda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Ekspertdən MÜHÜM AÇIQLAMALAR

08/02/2023 18:59

Hər kəsin axtardığı maşının sahibi DANIŞDI – ÖZƏL

08/02/2023 18:29

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

08/02/2023 17:58

Türk qızlar canlı yayım açıb “İnşallah yenə zəlzələ olsun” dedilər – VİDEO

08/02/2023 17:27

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini AÇIQLADI

08/02/2023 17:09

Naxçıvan DYP-yə yeni rəis təyin olundu

08/02/2023 17:05

“Artıq çarpayılar ayrılıb, biz xəstələri gətirməyə hazırıq”

08/02/2023 16:43

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

08/02/2023 16:42

Dünyanın məhşur şirkətləri Türkiyəyə KÖMƏK EDƏCƏK – AÇIQLAMA

08/02/2023 16:05

Ərdoğan zəlzələdən zərər çəkən hər ailəyə veriləcək pulun məbləğini açıqladı – VİDEO

08/02/2023 15:48

Ana iki körpəsi qucağında dünyasını dəyişdi –DƏHŞƏT DOLU ANLAR(FOTO)

08/02/2023 15:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.