Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən uzaqlaşdığı iddia olunur.
Bu barədə reabilitasiya mərkəzinin rəhbərliyi açıqlama verib.
Bildirilib ki, bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən Nəsimi Nəbizadə müalicədən imtina edərək mərkəzdən ayrılıb. Məlumata əsasən, aparıcı gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazini tərk edib.
Reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov hadisənin təfərrüatlarını açıqlayıb. O bildirib ki, N. Nəbizadə Bakının mərkəzində – “Torqovı” adlanan ərazisində yerləşən restorandan uzaqlaşıb: “Bu gün bizim üçün çox ağır gündür. "Qurtuluş" ailəsi olaraq ciddi itki yaşamışıq. Nəsimi Nəbizadə bizim sevdiyimiz, ağsaqqal bildiyimiz qardaşımızdır. Bir gün əvvəl onun diş müalicəsi ilə məşğul olurduq. İki ay sonra birlikdə Həcc ziyarətinə getməyi planlaşdırırdıq. İşlə təmin olunacaqdı, hətta ona avtomobil hədiyyə etməyi düşünürdük.
İki gün öncə dedi ki, ürəyi gəzmək istəyir. Mən onu "Torqovı"ya apardım. Restoranda oturduq, ayaqyoluna getdim. Qayıdanda gördüm ki, Nəsimi yoxdur, qaçıb. Onu orada 4 saat gözlədim... İnanıram ki, Nəsimi qardaşım geri qayıdacaq. O, bu xəstəliyə təslim olmayacaq. Onu tək qoymağım mənim səhvim idi. Çünki o artıq müalicənin ən əsas mərhələsinə qədəm qoymuşdu”.
Mərkəzin açıqlamasında vurğulanıb ki, hazırda Nəsimi Nəbizadənin təhlükəsizliyi və sağlamlığı əsas prioritet olaraq qalır. Bildirilib ki, aparıcıya hər cür dəstək göstərməyə və müalicə prosesini davam etdirməyə tam hazırdırlar: “Qapımız Nəsimi Nəbizadəyə hər zaman açıqdır. Onun yenidən sağlam həyata qayıtması üçün bütün imkanlarımız səfərbər ediləcək”.
Посмотреть эту публикацию в Instagram