Medianews.az
Sərhədçilərimizdən əməliyyat: 12 kq narkotik aşkarlanıb
266 baxış

Sərhədçilərimizdən əməliyyat: 12 kq narkotik aşkarlanıb

1 Cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azərbaycan sərhədçiləri tərəfindən sentyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bununla yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub. Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizə qoşulun