Televiziyanın Oscarları olaraq xarakterizə edilən “Emmy Mükafatları 66” öz sahiblərini tapıb. Gecənin hadisəsi isə “Breaking Bad” serialının baş rol ifaçısı Bryan Cranstonun öpüşü olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, komediya sahəsi üzrə "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülən Julia Louis-Dreyfus, "Breaking Bad" serialının baş rol ifaçısı Bryan Cranstonun sürpriziylə şok olub. Məşhur aktyor, bir anda Julia Louis-Dreyfusu öpməyə başlayıb. Əvvəl nə edəcəyini bilməyən gözəl aktrisa, daha sonra Cranstona cavab verib. Cranstonu aparıcı Jimmy Fallon dayandırmaq məcburiyyətində qalıb.


