Türkiyədə keçirilən Polis Akademiyasının məzun buraxılışı mərasimində Monqolustan və Konqodan olan polis kursantlarının Prezident Rəcəb Tayyib Ərdoğanın əlindən diplom alması diqqət çəkib.
Musavat.com xəbər verir ki, Polis Akademiyasının məzun buraxılışı mərasimində Monqolustan və Konqodan olan polis kursantları diplomlarını Prezident Rəcəb Tayyib Ərdoğanın əlindən alıblar.
Diplom təqdimatı zamanı Ərdoğan Konqodan olan polis məzununa: "Sən indi Konqoya gedirsən. Bizdən də Konqoya salam aparırsanmı?" sualını ünvanlayıb.
Gənc polis isə türkcə "Doğrudur, cənab Prezident" cavabını verib. Onun çıxışı mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.