Türkiyənin paytaxtı Ankarada məscidlərin birində oğurluq hadisəsi yaşanıb.
ANS PRESS-in məlumatına görə, Ankaranın mərkəzindəki məscidlərdən birində Əhməd Güney adlı vətəndaş namaz qılmağa gedib. O, namazını qıldıqdan sonra bir az kitab oxuyaraq iftar vaxtını gözləməyi qərara alıb. Lakin kitab oxuyarkən yuxuya gedib. Həmin vaxt orada olan başqa bir şəxs isə Əhmədin namaz qılarkən kənara qoyduğu mobil telefonu oğurlamaq üçün əsl fürsət olduğunu görüb.
Özünü yatmış kimi göstərən oğru Əhmədin yatdığından əmin olduqdan sonra telefonu götürərək məscidi tərk edib.
Yuxudan oyanan Əhməd isə hadisəni aydınlaşdırmaq üçün polisə şikayət edib. Polisin işə qarışması ilə məscidin təhlükəsizlik kameralarına baxış keçirilib və şübhəli şəxs müəyyənləşdirilərək yaxalanıb.
04.07.2014, 08:37
468
baxış
TURAN
Məsciddə ağlagəlməz oğurluq (VİDEO)