Türk dünyasının tanınan və sevilən ismi Əhməd Şəfəq “Bengu Türk” kanalında canlı çıxışı zamanı bir müddət əvvəl ermənilərin öz adlarına çıxmaq istədiyi “Çırpınırdı Qara Dəniz” mahnısının tarixindən bəhs edib.
Aktual.az-ın məlumatına görə, Türk sənətçisi qeyd edib ki, zaman-zaman ermənillər milli musiqilərimizi oğurlayaraq özününküləşdirmək istəyiblər:
“Ancaq bizlər heç zaman buna imkan verməyəcəyik”.
“Çırpnırdı Qara Dəniz” Mahnısının necə ərsəyə gəlməsindən bəhs edən Əhməd Şəfəq bildirib ki, bu milli marş dahi Üzəyir Hacıbəylinin və Əhməd Cavadın tarixi əsərlərindən biridir. Kimsənin bu marşı oğurlamağa ixtiyarı yoxdur.
Məşhur sənətçi çıxışından sonra adı çəkilən mahnını ifa edib.
Əhməd Şəfəqin “Çırpınırdı Qara Dəniz”-lə bağlı çıxışının və ifasının yer aldığı videonu oxuculara təqdim edirik: