Böyük Britaniyada BBC-nin mərhum teleaparıcısı Cimmi Sevil barədə aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. Modern.az xariciu mətbuata istinadən xəbər verir ki, jurnalistikadan əlavə səhiyyə sahəsində xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Sevil 1962-2009-cu illər ərzində 500-dən artıq insanı zorlayıb.
Onun hər iki cinsə aid qurbanları əsasən xəstəxana və hospis pasinetləri yaxud işçiləri olub. Bundan başqa o , dünyasını dəyişmiş insanların cəsədləri ilə də cinsi əlaqədə olub. Sevil istintaqın məlumatlarında görə 50 ilə yaxın Səhiyyə nazirliyi ilə əməkdaşlıq edib və xeyriyyəçilik yolu ilə özünə yeni qurbanlar axtarıb. BBC-nin teleparıcısı 28 səhiyyə müəssisəsində (o cümlədən Lids klinikası, Brodmur xəstəxanası) 5 ilə 75 yaş arasında yüzlərlə insan zorlayıb. Manyakın zorladığı azyaşlı qurbanlardan 9-u bu barədə öz valideynlərinə və xəstəxana personalına məlumat versələr də heç bir tədbir görülməyib. Öncə xəstəxanalara həyəcan siqnalı sistemi quraşdırmaq üçün gələn Sevil televiziya fəaliyyətindən sonra maneəsiz xəstəxanalara gələ bilirdi.
Səhiyyə sahəsi üçün 6 milyon dollar xeyriyyə vəsaiti toplayan manyak hər kəs üçün nümunə sayılırdı. O, 2011-ci ildə 82 yaşında dünyasını tərk edib və beləliklə, cinayət məsuliyyətindən yayınıb.