Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində hüquq-mühafizə orqanları axtarış aparır. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalist Aynur Elgünəş məlumat verib. O bildirib ki, M.Əzizovanın Qara Qarayev 32, mənzil 53 ünvanında yerləşən evində axtarış aparılır.
Qeyd edək ki, M. Əzizova bir neçə gün öncə “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb və ifadəsi alınıb.
03.05.2014, 14:02
1,425
baxış
TURAN
Prokurorluq daha bir hüquq müdafiəçisinin evində AXTARIŞA başlayıb