Amerika Gizli xidmət agentlərinin imza atdığı skandallara bir yenisi əlavə olunub. Hollandiyaya Obamanı qorumaq üçün göndərilən agentlər həddindən artıq spirtli içki qəbul edib otelin dəhlizidə yatdıqlarına görə geri göndərilib.
ABŞ prezidenti Barak Obamanı qoruyan Gizli Xidmət işçilərinin skandalları bitmir. 2012-ci ildə Kolumbiyada fahişəlik skandalı ilə gündəmə gələn mühafizəçilər bu dəfə də Amsterdamı qarışdırıblar. Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün Lahiyəyə gedən Obamanı qorumaq üçün vəzifəli üç Gizli Xidmət işçisi , ABŞ lideri Hollandiyaya çatmadan bir gün əvvəl Amsterdamda əylənmək istəyiblər. Şəhərə gedərək saatlarla spirtli içki qəbul edən mühafizəçilər daha sonra ABŞ prezidentinin qalacağı otelə gediblər. Gizli Xidmət işçilərindən biri içkinin təsiriylə otelin dəhlizində yatıb. Digər iki Gizli Xidmət işçisi isə yerdə yatan həmkarlarına müdaxilə etməyib . Agentlər intizamsızlıq etdiklərinə görə geri çağırılıb.
Gizli Xidmət Ed Donovan isə agentlərin intizamsız davranışlarının hər hansı bir təhlükəsizlik problemi yaratmadığını,üç Gizli Xidmət agentlərinin Obamanı baş verə biləcək sui-qəsddən qorumaqla vəzifəli olduqlarını və bu mövzuda xüsusi təhsil aldıqlarını bildirib. Gizli Xidmət işçiləri 2012-ci ildə də böyük bir skandala imza atmışdı. Kolombiyanın Cartagena şəhərində təşkil edilən Amerika Dövlətləri Zirvəsi önündə , 12 Gizli Xidmət agentinin pul qarşılığında qadınlarla birlikdə olduqları ortaya çıxmışdı.
Ayişə Əhmədova