“Vəsiyətim var, oğlumu sünnət etdirin” deyib özünü asan atanın son məkyubu tapılıb
S əbail rayon prokuror köməkçisi Əhməd Məmmədovun verdiyi məlumata görə, asılmış meyit Buxta küçəsi ev 11, mənzil 19 ünvanında aşkarlanıb. Araşdırmalar zamanı meyidin həmin evdə yaşayan 1975-ci il təvəllüdlü Telman Kamil oğlu Şirməmmədov olduğu məlum olub.
Qeyd edək ki, Telman Şirməmmədovun ailəsi dağılıb. O, qardaşı və qardaşı arvadı ilə birlikdə yaşayırmış. Arvadı və 15 yaşlı oğlu çıxıb gedibmiş.
Hadisə baş verərkən Telman Şirməmmədov evdə tək olub. O, otaqda oğlunun şəklinin arxasına dostlarını və yaxınlarına qeyd yazıb.
“Xətrimi istəyən hər kəsdən üzr istəyirəm. Dostlar, qardaşlar, məni bağışlayın. Bu addımı atmağa məcburam. Xətrimi istəyənlərə vəsiyətim var, oğlumu sünnət etdirin”, – deyə Telman Şirməmmədov qeyd edib.
T.Şirməmmədov özünü qapıdan asaraq intihar edib.
Qeyd edək ki, T.Şirməmmədov əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır. (anspress)