Dilarə Kazımova heyvanları çox sevdiyinə görə prinsipial olaraq xəz geyinmir
Azərbaycanı “Eurovision 2014” mahnı müsabiqəsində gənc ifaçı Dilarə Kazımova təmsil edəcəyi barədə artıq məlumat vermişdik. Bu xanımın kim olduğu, haralarda çıxış etdiyi və “Eurovision”a qədər nələr etdiyi hər kəsə maraqlıdır. Oxucularımızın maraq dairəsini əhatə edərək Dilarənin barəsində məlumatları sizə çatdırırıq.
ANS PRESS-in məlumatına görə, Dilarə Kazımova 1984-cü il may ayının 20-i Bakı şəhərində anadan olub. İfaçının iki ali təhsili var – opera vokalı ixtisası üzrə Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasında, İncəsənət gimnaziyasında təhsil alıb.
Təmsilçimiz “Unformal Harmony” rok qrupu və “Milk and Kisses”-in solistidir. Dilarə incəsənətin vurğunu olduğunu bildirib, gənc və istedadlı ifaçı müğənni olmasaydı, yəqin ki, incəsənətin başqa sahəsi olan rəssamlıqla məşğul olacaqdı.
29 yaşı olmağına baxmayaraq hələ də ailə həyatı qurmaq barədə düşünmür. “Eurovision” mahnı müsabiqəsinin milli seçimlərinin 2008, 2010-cu iştirakçısı və “Yeni Dalğa 2010” müsabiqəsinin laureatı olub.
“Yəqin ki, İncəsənət Gimnaziyasının rəssamlıq bölməsinə daxil olmağımı ilk uğurum sayıla bilər”. Heyvanları çox sevdiyinə görə prinsipial olaraq xəz geyinmir. Hər zaman gülərüz görünən gənc xanım özünü 3 sözlə ifadə edir: “Xəyalpərəst, humanist və sevgi dolu biri”.
Kiçik yaşlarından anası piano çalmağı öyrədib. Dilarə bildirib ki, incəsənətə həvəsi olsa da mütəmmadi olaraq məşğul olmağa həvəsi çatmayıb. Məhz buna görə də bu işin öhdəsindən yaxşı gəlməyi öyrənə bilməyib.
Dilarə pozitiv, sevgi dolu, istedadlı, maraqlı, gözəl və yaxşı yumor hissi olan insanlarla dostluq etməyi onların ətrafında olmağı çox sevir, sosial şəbəkələrin aktiv istifadəçisidir: “Hal-hazırda Facebook, İnstaqram və s. sosial şəbəkələrdən aktiv istifadə edirəm. Düşünmürəm ki, “Eurovision”a qatıldıqdan sonra ulduz xəstəliyinə tutularam dostlarımdan və vərdişlərimdən uzaq düşərəm”.
Təmsilçimiz “Səni nələr sevindirir?” sualına maraqlı cavab verib: “Günəş, dəniz, mənim ailəm, dostlarım və əlbəttə ki, sənətim. Bütün bunlar məni həm hədsiz fərəhləndirir, həm də bütün həyatımı təşkil edir. Məncə, insan həyatının ayrı-ayrı dövrlərində bu məsələyə fərqli yanaşır. Əsas meyar olaraq isə cansağlığı və xoşbəxtlik qalır”.
Dilarə seçimlərə qatılmazdan öncə özünə söz də verib. “Əgər bu dəfə də “Eurovizion”a qatıla bilməsəydim bir daha seçimlərə gəlməyəcəkdim”.
Azərbaycan təmsilçisi vurğulayıb ki, bütün komanda olaraq ön sıralarda olmağa can atırlar və bunu bacaracaqlarına inanırlar.
İfaçının sözlərinə görə, müsabiqədə ifa etməsi üçün 5-6 mahnı təklif edilsədə, tam qərar verilməyib. “Elə bir mahnı seçməliyəm ki, orada özümü tapım, rahat hiss edim heç bir qaranlıq qalan məqam olmasın”.
Müsabiqədə muğama müraciət edə biləcəyi barədə suala isə Dilarə Kazımova belə cavab verib. “Muğam çox gözəl və ciddi üslubdur. Amma mən buna hazır deyiləm bu janrda oxuya bilmərəm”.
Azərbaycan dilində sərbəst danışa bilməyən xanım bunun səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, Türkiyə və Rusiyada yaşayıb və rud dilində təhsil alıb. Bunlara baxmayaraq doğma dilini tam öyrənmək üçün üzərində ciddi çalışır.
Qeyd edək ki, Dilarə Kazımova ötən gün İTV telekanalının efirində Azərbaycanın Eurovision 2014 mahnı müsabiqəsindəki təmsilçisi seçilib. İfaçı milli seçim turu olan Böyük səhnə beynəlxalq televiziya şousunun qalibidir. Dilarə may ayının 6-ı Kopenhagenin B&W Hallerne arenasında “Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Dilarənin Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi mart ayının 15-ə qədər açıqlanacaq.
Bu il “Böyük Səhnə” layihəsində iştirakı ilə yanaşı Dilarə həm də beynəlxalq “Səs” (The Voice) yarışmasının Ukrayna versiyasına qatılıb və bir neçə raundundan uğurla keçib. D.Kazımova seçim turuna qatılan 88 nəfərin içindən seçilən 14 nəfərin içinə daxil olub, o finala keçənə qədər heçvaxt az xal toplamayıb: “Mənim əsas məqsədim səhnədə gözəl çıxış edib, Azərbaycanı bacardığım qədər gözəl şəkildə tanıtmaqdır. Bu gün üçün çox çalışırdım, anam da mənə deyirdi ki, 2008-2010-cu illərdə özünü yaxşı göstərə bilməmişdin, bu dəfə isə daha çox təcrübən var məhz ona görə qalib oldum”.
http://s004.radikal.ru/i208/1403/d3/a65b826dde82.jpg
http://s019.radikal.ru/i638/1403/82/f928441427c7.jpg
http://s020.radikal.ru/i719/1403/b0/9bc4a4fe5ba3.jpg
http://s45.radikal.ru/i109/1403/8b/ef0838c280a1.jpg
http://s003.radikal.ru/i204/1403/e5/a8d3763da78a.jpg
http://i047.radikal.ru/1403/3b/654c22fd05c8.jpg
http://s001.radikal.ru/i195/1403/bd/8650eb08e97f.jpg
http://s019.radikal.ru/i612/1403/f8/060de2095867.jpg
http://s020.radikal.ru/i722/1403/48/28afa371febf.jpg
http://i051.radikal.ru/1403/b0/f87d42c8c942.jpg
http://s020.radikal.ru/i720/1403/8a/7a12e273e83b.jpg